Birinci Liqa: “Baku Sportinq” “Şəfa”ya uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Baku Sportinq” “Şəfa”nı qəbul edib. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Birinci Liqa
5-ci tur

15 oktyabr

“Səbail” – “Zaqatala” 1:0
Qol: Kamran Quliyev, 84.
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 16:00.

16 oktyabr

MOİK – “Cəbrayıl” 4:1
Qollar: Seyxan Fərəcov, 8; 48-pen; 60. Elmar Məmmədov, 52 – Tapdıq Əhmədov, 77.
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:30.

“Mingəçevir” – “Şimal” 3:1
Qollar: Abba Usman, 42; 57. Rəhim Cəfərli, 55 – Xəyal Bədirov, 17.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Difai” – “Şahdağ Qusar” 1:2
Qollar: Hacıəli Şirəliyev, 33 – Sənan Ağalarov, 38. Famil Camalov, 41-pen.
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Ağsu şəhər stadionu, 14:30.

17 oktyabr

“Baku Sportinq” – “Şəfa” 1:2
Qollar: Zahid Mərdanov, 68-öz qapısına – Nahid Əliyev, 4. Pərviz Azadov, 41.
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 14:30.

Xəbəri istədiklərinizlə paylaşın