Birinci Liqa: 6-cı turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Növbəti turun matçları oktyabrın 22-də və 23-də keçiriləcək. Bütün oyunlara saat 14:00-da start veriləcək.

Birinci Liqa
6-cı tur

22 oktyabr

MOİK – “Baku Sportinq”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.

“Şimal” – “Difai”
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

23 oktyabr

“Cəbrayıl” – “Şahdağ Qusar”
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Şəfa” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Alik Yunusov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu.

“Zaqatala” – “Mingəçevir”
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: