Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
MOİK – “Baku Sportinq” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Şimal” – “Difai” oyununda isə qonaqlar darmadağına seviniblər.
Turun qalan matçları oktyabrın 23-də keçiriləcək. Bütün oyunlara saat 14:00-da start veriləcək.
Birinci Liqa
6-cı tur
22 oktyabr
MOİK – “Baku Sportinq” 0:0
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.
“Şimal” – “Difai” 1:4
Qollar: Ceyhun Kəlbəliyev, 3 – Kristian Kamta, 18; 37-pen. Musa Musazadə, 55. Hacıəli Şirəliyev, 77.
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
23 oktyabr
“Cəbrayıl” – “Şahdağ Qusar”
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Şəfa” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Alik Yunusov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu.
“Zaqatala” – “Mingəçevir”
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.


