ÇL: “Qarabağ” Kadi Borgesi Xoni Montiellə əvəzlədi

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Xoni Montiel siyahıya əlavə olunub. 27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxmış Kadi Borgesi əvəzləyib.

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Xatırladaq ki, “Qarabağ” noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda İtaliyada “Napoli”nin qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə 00:00-da (noyabrın 26-na keçən gecə) start veriləcək.

Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinin 4 turundan sonra 7 xalla 15-ci sırada qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: