Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 9-cu turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
9-cu turun oyunları noyabrın 26-da və 27-də keçiriləcək.
Birinci Liqa
9-cu tur
26 noyabr
“Mingəçevir” – “Baku Sportinq”
Hakimlər: Murad Səlimov, Elmin Süleymanov, Safalı Ağayev, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Şimal” – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
27 noyabr
“Difai” – MOİK
Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Səbuhi Soltanov, Alik Yunusov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağsu şəhər stadionu, 14:30.
“Şahdağ Qusar” – “Şəfa”
Hakimlər: Namiq Bəkirov, Rəhman Aslanov, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Səbail” – “Cəbrayıl”
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Bayıl Arena”, 15:00.


