Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
Birinci Liqa, 9-cu tur
“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.
“Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir”in futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Mingəçevir” buna görə 300 manat cərimə ödəyəcək.
Qeyd edək ki, Birinci Liqada 9 turdan sonra 23 xala malik “Şəfa” vahid liderdir. “Səbail” 18 xalla ikinci, “Mingəçevir” 16 xalla üçüncüdür.


