Birinci Liqa: 13-cü və 14-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü və 14-cü turlarının oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 13-cü turun oyunları 5-7 fevral aralığında keçiriləcək. 14-cü turun görüşləri isə fevralın 12-də və 13-də baş tutacaq.

Birinci Liqa
13-cü tur

5 fevral

“Cəbrayıl” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şəfa” – “Baku Sportinq”
Binə qəsəbə stadionu, 14:30.

“Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

6 fevral

“Şahdağ Qusar” – “Difai”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

7 fevral

“Şimal” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

14-cü tur

12 fevral

“Şahdağ Qusar” – “Cəbrayıl”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Baku Sportinq” – MOİK
Buzovna qəsəbə stadionu, 14:30.

“Səbail” – “Şəfa”
“Bayıl Arena”, 17:00.

13 fevral

“Difai” – “Şimal”
Ağsu şəhər stadionu, 14:30.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: