“Neftçi” üçün 100-cü qolsuz oyun

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/26 mövsümünün 17-ci turu “Neftçi” üçün yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, “ağ-qaralar” “Zirə” ilə ev görüşündə qolsuz heç-heçə ediblər – 0:0.

Bu, paytaxt təmsilçisinin Azərbaycan çempionatlarında 100-cü belə matçı olub. Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.

“Ağ-qaralar”ın ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına təsadüf edib. Cari mövsümdə isə 4-cü dəfə belə nəticə qeydə alınıb. Paytaxt təmsilçisi 49 dəfə səfərdə, 1 dəfə neytral meydanda qolsuz oyunun iştirakçısı olub. Komanda 50-ci dəfə ev görüşünü 0:0 ilə tamamlayıb.

Xatırladaq ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Neftçi” hazırda 21 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: