Türkiyənin “Qalatasaray” klubu müdafiəçisi Markao ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
2019-cu ildən “Qalatasaray”da çıxış edən Markao bu mövsüm Super Liqada 37 oyuna çıxıb.


