“Sabah” Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün final oyununa vəsiqəni rəsmiləşdirib.
Arena.az xəbər verir ki, Bakı klubu bu gün baş tutmuş yarımfinalın ikinci görüşündə “Gəncə”ni səfərdə məğlub edib.
Gəncə İdman Sarayında keçirilmiş görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “bayquşlar” ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.
Xatırladaq ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah “Neftçi” və “Abşeron Lions” komandaları arasında baş tutacaq. Bakı İdman Sarayında baş tutmuş ilk matç Abşeron təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Neftçi” 89:95 hesablı məğlubiyyətə üzülüb.
ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, yarımfinal mərhələsində iki qələbəyə daha tez çatan tərəf finala yüksəlir.


