Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 25-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Birinci Liqa, 25-ci tur
“Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib. “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda da 210 manat cərimə ödəyəcək.
“Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir”in futbolçusu Amil Yunanov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Mingəçevir” buna görə 3000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Mingəçevir”in digər futbolçusu Elnur Mirzəyev rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyunluq cəza alıb. “Mingəçevir” buna görə də 1200 manat cərimə edilib.
“Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu İlkin Qırtımov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Zaqatala” buna görə 2400 manat cərimə edilib.
“Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Səbail”in futbolçusu Ruslan Voronsov da qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Səbail” buna görə 2400 manat cərimə ödəyəcək.


