UEFA Rusiya klublarının cəza müddətini uzatdı

UEFA Rusiya klublarının qitəmiqyaslı turnirlərdən kənarlaşdırılması barədə çıxardığı qərarın müddətini 2027-ci ilin yayına qədər uzadıb.

Arena.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.

Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsi növbəti mövsüm üçün avrokubok iştirakçılarının siyahısına dəyişikliklər edib. Bu, Rusiya klublarının və yığmalarının UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılmasının davam etməsi ilə əlaqədar olub.

Başa çatmış mövsümün yekunlarına əsasən, Rusiya ittifaqın əmsallar cədvəlində 28-ci yeri tutub. Reqlamentə görə, bu ona avrokuboklarda iştirak etmək üçün dörd klubu göndərmək hüququ verə bilərdi.

Xatırladaq ki, Ukraynadakı müharibəyə görə Rusiya 2022-ci ilin fevralından FİFA və UEFA-nın sanksiyaları altındadır. Belə ki, bu ölkənin milli komandası və klubları heç bir beynəlxalq turnirdə iştirak edə bilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: