“Nant” Liqa 1-də qaldı

Futbol üzrə Fransa Liqa 1-ində 2020/21 mövsümünü 18-ci pillədə başa vuran “Nant” 2-ci Liqanın üçüncüsü “Tuluza” ilə cavab pley-off matçına çıxıb.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma “Tuluza”nın meydanında baş tutmuşdu.

“Nant” həmin oyunda 2:1 hesablı səfər qələbəsinə sevinmişdi. Bu gün baş tutan cavab matçında “Tuluza” səfərdə 1:0 hesabıyla qalib gəlib. Ümumi hesab bərabər olsa da, “Nant” səfərdə daha çox qol vurduğu üçün finalın qalibi olub.

Beləcə, nantlılar elitada qalıblar. “Tuluza” isə növbəti mövsümü yenə Liqa 2-də keçirəcək.

Qeyd edək ki, “Nant” Liqa 1-də 2020/21 mövsümünü 40 xalla 18-ci pillədə başa vurmuşdu. 35 xalla 19-cu olan “Nim”, həmçinin 21 xalla sonuncu pilləni tutan “Dijon” isə elitanı tərk edib. Əvəzində Liqa 2-də çempion olan “Trua” və ikinci yeri tutan “Klermon” isə növbəti mövsümdən elitada oynamaq hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: