Futbol üzrə Yaponiya milli komandasının sağ cinah müdafiəçisi Takehiro Tomiyasu bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
27 yaşlı futbolçu London klubuna azad agent kimi keçib. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək. Yapon oyunçunun “Kristal Palas”la müqaviləsinin müddəti və digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, Takehiro Tomiyasu daha öncə İngiltərədə 4 il (2021-2025) “Arsenal”ın uğurları üçün çalışıb. O, “Arsenal”ın heyətində bütün yarışlar çərçivəsində bütövlükdə 84 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib. Takehiro “topçular”la 2024-cü ildə İngiltərə Super Kubokunun qalibi olub və bu, yapon futbolçunun böyük futbolda ilk qənimətidir.
Yapon müdafiəçi karyerası ərzində “Avispa Fukuoka”, “Sent Trüden”, “Bolonya” kimi klublarda da forma geyinib. Ötən mövsümdə isə o, Niderland nəhəngi “Ayaks”da çıxış edib.
Tomiyasu 2018-ci ilin oktyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində 46 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı yapon müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


