Bu yay “Araz-Naxçıvan”dan azad agent kimi ayrılmış mərkəz müdafiəçisi Rahil Məmmədov bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Klub Azərbaycan milli komandasının da üzvü olan Rahid Məmmədovu heyətinə qatıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Rahil Məmmədov ötən ilin yayında cəlb edildiyi “Araz-Naxçıvan”dan bu yay azad agent kimi ayrılıb. O, sözügedən komandanın heyətində 20 oyun keçirib.
Rahil daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. O, Polşada LKS (Lodz) və “Radomyak” klublarında legioner həyatı da yaşayıb.
28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 26 oyuna çıxıb, 1 qol da vurub.


