Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
İlk turun oyunları sentyabrın 3-də və 4-də keçiriləcək. Turun bütün görüşləri saat 17:00-da start götürəcək.
Birinci Liqa
1-ci tur
3 sentyabr
MOİK – “Şahdağ Qusar”
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Binə qəsəbə stadionu.
“Baku Sportinq” – “Karvan-Yevlax”
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Baku Sportinq Arena”.
“Xankəndi” – “Səbail”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
4 sentyabr
“Şimal” – “Gəncəbasar”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).


