Futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
İki günü əhatə edəcək turun görüşləri sentyabrın 1-də və 2-də keçiriləcək.
Turun bütün oyunlarından öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək (tam versiya).
İkinci Liqa
1-ci tur
1 sentyabr
“Qaradağ Lökbatan” – “Hypers”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Şirvan” – “Kür-Araz”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Şəki” – “Ağdaş”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
2 sentyabr
“Difai” – “Dinamo”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
“Zəngəzur” – “Ağstafa Gəncləri”
Binə qəsəbə stadionu, 17:00.
“Şəmkir” – “Marafon”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.


