Kiprin APOEL (Nikosiya) klubunun braziliyalı mərkəz yarımmüdafiəçisi Dieqo Rosa bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, APOEL-lə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında Ağdam komandasına keçib. Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var. Rosa yeni komandasında 33 nömrəli forma ilə çıxış edəcək.
Dieqo Rosa Braziliyanın “Vitoriya” və “Qremio” klublarının yetirməsidir. O, 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa İngiltərə nəhənginin əsas komandasında oynamaq şansı qazanmayıb. Buna onun “Lommel” (Belçika) və “Vizela”ya (Portuqaliya) icarəyə göndərilməsi imkan verməyib. 2023-cü ildə “Mançester Siti”dən ayrılmış Rosa Braziliyayay qayıdaraq “Bahia” ilə müqavilə bağlayıb. O, bu klubda olarkən də “Lommel” və “İnternasional”a (hər ikisi Braziliya) icarəyə verilib. 2025-ci ildən APOEL-də çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.
Qeyd edək ki, “Qarabağ” Rosanın bir mövsümlük icarəsi üçün Nikosiya klubuna 200 min avro ödəyib. Onun transfer hüquqlarının alınması üçün isə daha 1 milyon avro ödəmək lazım gələcək.


