Əvəzedicilər: “Turan”dan “Şamaxı”ya 8 cavabsız qol

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 2-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə “İmişli” ilə qarşılaşan “Zirə” darmadağına sevinib. “Neftçi” “Araz-Naxçıvan”ı, “Qarabağ” “Kəpəz”i məğlub yola salıb. “Turan Tovuz” isə “Şamaxı” ilə ev oyununda 8 cavabsız qola sevinib.

Əvəzedicilər Liqası
2-ci tur

29 avqust

“Sabah-2” – “Sumqayıt-2” 1:0
Qol: Həzrət Səmədov, 55.
Hakimlər: Sənan Bayramzadə, Məmmədəli Kərimov, Asif Abdullayev, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
“Masazır Arena” (ehtiyat meydança). 17:00.

30 avqust

“Qəbələ-2” – “Şəfa-2” 5:0
Qollar: Cuma Hüseynov, 6; 41. Elnur Mustafayev, 34. Fərid İsgəndərov, 36. Daniel Eşimoxay, 89.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança). 17:00.

31 avqust

“İmişli-2” – “Zirə-2” 1:4
Qollar: Abbas Zeynalov, 26 – Rauf Qafarov, 4. Fərid Cabbarlı, 39. Əhliman
Süleymanzadə, 71-pen. Musa Mustafayev, 82.
Hakimlər: Nəriman Ağayev, Taleh Məmmədov, Əhməd Əhmədsoy, Kamil Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 2:1
Qollar: Kamil Həsənov, 34. Məhəmməd Məmmədli, 72 – Səbuhi Məmmədov, 3.
Hakimlər: Rövşən Rəcəbov, Sənan Atayev, Anar Bədəlov, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança). 17:00.

“Qarabağ-2” – “Kəpəz-2” 3:2
Qollar: Nicat Xasıyev, 27. Bəhruz Qurbanlı, 66. Elton Mikayılov, 83 – Amur Yusifov, 58. Seymur Xəlilov, 76.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Cavid Ömərov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
Binə qəsəbə stadionu. 17:00.

“Turan Tovuz-2” – “Şamaxı-2” 8:0
Qollar: Murad Dadaşev, 16; 57. İsmayıl İsmayılov, 20; 26. Uğur Məmmədov, 22. Sadiq Şəfiyev, 37; 40. Cəsur İsmayılov, 56.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Samir Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu. 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: