Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Arena.az xəbər verir ki, kişilərdən ibarət komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib.
Görüş 2:2 hesabı ilə başa çatıb. Azərbaycan komandasının heyətində Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov isə məğlub olub. Aydın Süleymanlı və Məhəmməd Muradlı isə heç-heçə ediblər.
Qadın şahmatçılarımız isə Serbiyanı 3:1 hesabı ilə məğlub ediblər. Günay Məmmədzadə və Xanım Balacayeva qələbə qazanıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə xalları yarı bölüblər.
Xatırladaq ki, daha əvvəl kişilərdən ibarət kollektivimiz Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub etmişdi, Çexiya ilə görüş isə heç-heçə bitmişdi – 2:2.
Qadınlardan ibarət millimiz isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç və İngiltərəni (hər ikisi 2,5:1,5) məğlub etmişdi.
İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.


