Premyer Liqa: MY büdrədi, MS 5, “Liverpul” 1 qola sevindi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Lids” – “Kristal Pelas” matçında qapılara qol vurulmayıb. “Fulhem”in qonağı olmuş “Mançester Yunayted” xal itkisi ilə üzləşib. Səkkiz qolun qeydə alındığı “Mançester Siti” – “Sanderlend” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Bornmut”un qonağı olmuş “Liverpul” da turu qələbə ilə başa vurub.

Beləliklə, geridə qalmış 5 turdan sonra itkisiz irəliləyən yeganə komanda – “Mançester Siti”nin 15 xalı var. “Arsenal” 12 xalla ikinci, “Brayton” 10 xalla üçüncü pillədə qərarlaşıb. “Brentford”, “Lids”, “Liverpul” və “Everton”un isə 9 xalı var.

İngiltərə, Premyer Liqa
5-ci tur

18 sentyabr

Brentford – Çelsi 3:0

19 sentyabr

Tottenhem – Aston Villa 2:3
Brayton – Arsenal 3:0
Everton – İpsviç Taun 1:0
Nyukasl – Hall Siti 2:1
Nottingem Forest – Koventri Siti 0:1

20 sentyabr

Bornmut – Liverpul 0:1
Lids – Kristal Pelas 0:0
Mançester Siti – Sanderlend 5:3
Fulhem – Mançester Yunayted 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: