Super Liqa: “Beşiktaş” uduzdu, “Fənər” 8 qolla qalib gəldi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Göztəpə” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Ərzurumspor” “Samsunspor”u doğma meydanda tək qolla üstələyibsə, “Fənərbağça” “Eyüpspor”u 8 cavabsız qolla yenib. “Amedspor”un qonağı olmuş “Beşiktaş” isə turu məğlubiyyətlə başa vurub.

Beləliklə, geridə qalmış 6 turdan sonra 13 xala malik “Amedspor” və “Qalatasaray” şərikli liderlik edirlər. “Beşiktaş”la “Kocaelispor”un 12, “Alanyaspor”un 11, “Fənərbağça”, “Trabzonspor”, “Kasımpaşa” və “Rizəspor”un isə 10 xalı var.

Türkiyə, Super Liqa
6-cı tur

18 sentyabr

Kasımpaşa – Konyaspor 0:0

19 sentyabr

Çorum – Alanyaspor 1:2
Kocaelispor – Qaziantep 2:0
Başakşəhər – Gənclərbirliyi 4:0
Trabzonspor – Qalatasaray 4:0

20 sentyabr

Ərzurumspor – Samsunspor 1:0
Fənərbağça – Eyüpspor 8:0
Amedspor – Beşiktaş 3:2
Göztəpə – Rizəspor 2:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: