Argentina millisinin və Madrid “Atletiko”sunun müdafiəçisi Kristian Romero 2026-cı il üzrə “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, argentinalı futbolçu fərdi mükafatın milli komandadakı uzunmüddətli lideri Lionel Messiyə verilməli olduğunu bildirib:
“Qızıl top” Leo Messinin əlində olmalıdır. O, rəsmi şəkildə karyerasını başa vurduğunu elan edənə qədər bu belə davam etməlidir. Mənim üçün bu, açıq-aydın faktdır. Uzun illər ərzində futbol meydanında etdiklərini bir kənara qoysaq belə, Messi hazırda da planetin ən güclü futbolçusudur. Onun əsl böyüklüyü isə inanılmaz təvazökarlığında gizlənir. Belə insani keyfiyyətlərə çox az adam sahibdir və məhz bunlar onu digərlərindən fərqləndirir”, deyə Kristan Romero vurğulayıb.
Qeyd edək ki, Lionel Messi avqustun sonunda Argentina millisində karyerasını başa vurduğunu rəsmən açıqlayıb. O, 2026-cı il dünya çempionatında Argentina ilə finala qədər irəliləyərək gümüş medal qazanıb.
Klub səviyyəsində isə 39 yaşlı hücumçu 2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. Messi 2025/26 mövsümündə MLS təmsilçisinin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 24 qol vurub və 14 məhsuldar ötürmə edib.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.


