Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 4-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 4-cü tur
“Şirvan”– “Şəki” oyununda “Şəki” komandasının həkimi olmadığına görə “Şəki” 100 manat cərimə edilib.
“Ağdaş”– “Zəngəzur” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Bu oyunda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Ağdaş” 200 manat cərimə edilib.
“Hypers”– “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Hypers” 250 manat cərimə edilib.
“Kür-Araz”– “Difai” oyununda “Kür-Araz”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” 70 manat cərimə edilib. Oyunun 51-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Cavid Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 100 manat cərimə edilib. Oyunun 51-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Sənan Həsənov hakimə təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 600 manat cərimə edilib. “Kür-Araz”ın həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə sözügedən klub daha 200 manat cərimə ödəyəcək.


