Futbol üzrə Azərbaycan millisi bu gün rəsmi oyunlar öncəsi Bakıda Tacikistan yığması ilə yoxlama görüşündə qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, sözügedən komandalar 8-ci km qəsəbə stadionunda üz-üzə gəliblər.
Qarşılaşmanı moldovalı hakimlər idarə ediblər. Görüşün taleyini bir qol həll edib. Millimiz Toral Bayramovun ikinci hissədə cərimə zərbəsindən vurduğu qol sayəsində qələbə qazanıb.
Xatırladaq ki, millimizi qarşıdakı 10 gün ərzində daha 3 oyun gözləyir. Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva yığmasının qonağı olacaq. “Darius and Girenas” stadionunda baş tutacaq görüşə saat 17:00-da start veriləcək. Oktyabrın 1-də millimizi Bakıda Lixtenşteynlə görüş gözləyir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək. Azərbaycan millisinin bu toplanışdakı sonuncu oyunu da Litva yığmasına qarşı olacaq. Oktyabrın 4-də 8-ci km stadionunda keçiriləcək oyuna saat 17:00-da start veriləcək.
Yoxlama oyunu
23 sentyabr
Azərbaycan – Tacikistan 1:0
Qol: Toral Bayramov, 58.
Baş hakim: Roman Jitari (Moldova).
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova).
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan).
VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan).
AVAR: Kamran Bayramov (Azərbaycan).
Bakı. 8-ci km qəsəbə stadionu. Saat 20:00.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 7. Toral Bayramov, 6. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 21. Rahim Sadıxov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 3. Rüfət Abbasov, 5. Fərid Yusifli, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Hüseynov, 12. Aydın Bayramov, 13. Emil Səfərov, 15. Murad Xaçayev, 16. Anatoli Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 23. Rəvan Mirzəmmədov, 24. Rüfət Abdullazadə, 25. Rahil Məmmədov, 26. Edqar Adilxanov.
Baş məşqçi: Ayxan Abbasov.
Tacikistan: 23. Oleq Baklov, 2. Zoir Cüraboyev, 3. Tabrez İslomov, 5. Salohiddin İrqaşev, 6. Vahdat Hanonov, 7. Parvizcon Umarbayev, 9. Rüstəm Soirov, 10. Alişer Cəlilov, 15. Şervoni Mabatşoyev, 18. Alişer Şükürov, 20. Alicon Karamatullozoda.
Ehtiyat oyunçular: 1. Rüstəm Yatimov, 16. Daler Azizov, 4. Sodikcon Kurbonov, 8. Amirbek Cüraboyev, 11. Muhammadcon Rahimov, 12. Mehrubon Kərimov, 13. Abdusamad Melikmurodov, 14. Şeriddin Boboyev, 17. Nozim Boboconov, 19. Axtam Nazarov, 21. Fathullo Olimzoda, 22. Şahrom Samiyev, 24. Muso Kahorov, 25. Furkon Rahimzoda, 26. Azizbek Xaitov.
Baş məşqçi: İqor Angelovski.


