Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo ünvanına səsləndirilən davamlı tənqidlərə münasibət bildirib.
Arena.az xəbər verir ki, 41 yaşlı forvard UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Uelsə qarşı keçiriləcək oyundan əvvəl “Record”a açıqlama verib.
Təcrübəli futbolçu media təzyiqinin onun motivasiyasına təsir etmədiyini vurğulayıb:
“Düzünü desəm, ictimaiyyət qarşısında yüz faiz səmimi olmaq çətindir, siyasi korrektliyə riayət etməli olursan. Adətən deyirəm ki, hər yerdə məni hərarətlə qarşılayırlar. Lakin müəyyən insanlar mənə hücum etməyi çox sevirlər.
Bilirəm ki, hətta məni məhv etməyi qarşısına məqsəd qoyan bütöv televiziya kanalları var. Amma bunu yalnız ov tüfəngi ilə edə bilərlər. Hətta belə olsa, mən güllədən yayınaram.
Mən nifrətə çoxdan öyrəşmişəm və buna təsir edə bilmərəm. Bəli, klub rəqabəti səbəbindən “Draqau” stadionunda oyun zamanı mənə qarşı fit səsləri eşidilirdi. Amma kiminsə məni sevməməsi məni qətiyyən narahat etmir”.
Qeyd edək ki, Kristiano Ronaldo 2003-cü ildən Portuqaliya millisinin formasını geyinir. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub, həmçinin UEFA Millətlər Liqasının ilk turnirinin qalibi adını qazanıb.


