U-16 millimizin Bayıl toplanışı üçün 22 futbolçu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) növbəti təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, toplanış sentyabrın 25-dən 27-nə qədər Bayıl Məşq Mərkəzində keçiriləcək.

U-15 millimizin təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısını təqdim edirik:

  1. Oqtay Mehrəliyev – Qarabağ
  2. Məhəmməd Ağamaliyev – Qarabağ
  3. Abbas Məmmədli – Qarabağ
  4. Səbran Muradlı – Qarabağ
  5. Həsən Mürşüdzadə – Qarabağ
  6. Timuçin Yahya – Qarabağ
  7. Daniil Bayramari – Qəbələ
  8. Emil Quliyev – Neftçi
  9. Əkbər Nağıyev – Neftçi
  10. Kənan Əzimov – Neftçi
  11. Qafar Babayev – Neftçi
  12. Sayid Bayramov – Neftçi
  13. Subhan Əlizadə – Neftçi
  14. Həsən Məhmədov – Sabah
  15. Həsən Ramazanov – Sabah
  16. Murad Məmmədzadə – Sabah
  17. Əli Hacıyev – Sabah
  18. Asif Allahverdizadə – Ulduz
  19. Murad Zeynallı – Ulduz
  20. Müşfiq Zamanov – Ulduz
  21. Yusif Əlizadə – Ulduz
  22. Ramil İsmayıllı – Karvan

AFFA-nın yaydığı digər məlumata görə, U-15 milli komandamıza (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək. Sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və 3 seleksiya qarşılaşması baş tutacaq.

Qeyd edək ki, U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr – 1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: