Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 oyun baş tutacaq.
Günün maraqla gözlənilən qarşılaşmaları A Liqasının 3-cü qrupunda olacaq. Burada Xorvatiya İngiltərə ilə, İspaniya isə Çexiya ilə qarşılaşacaq.
İsveçrə – Sloveniya, Finlandiya – Albaniya və Estoniya – Lüksemburq oyunlarına da maraq böyükdür.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu sabah doğma meydanda Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
3 oktyabr
A Liqası, 3-cü qrup
20:00. Xorvatiya – İngiltərə
22:45. İspaniya – Çexiya
Xallar: İspaniya – 6. İngiltərə – 3. Xorvatiya – 3. Çexiya – 0.
B Liqası, 1-ci qrup
22:45. Şimali Makedoniya – Şotlandiya
22:45. İsveçrə – Sloveniya
Xallar: İsveçrə – 6. Sloveniya – 4. Şotlandiya – 1. Şimali Makedoniya – 0.
C Liqası, 1-ci qrup
17:00. Finlandiya – Albaniya
20:00. Belarus – San Marino
Xallar: Albaniya – 6. Finlandiya – 4. Belarus – 1. San Marino – 0.
C Liqası, 4-cü qrup
20:00. Estoniya – Lüksemburq
20:00. İslandiya – Bolqarıstan
Xallar: İslandiya – 4. Lüksemburq – 3. Estoniya – 2. Bolqarıstan – 1.


