Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 oyun baş tutub.
Günün maraqla gözlənilən qarşılaşmaları A Liqasının 3-cü qrupunda olub. Burada Xorvatiya İngiltərə ilə, İspaniya isə Çexiya ilə qarşılaşıb. İngilislər Xorvatiyaya tarixinin ən böyük hesablı ev məğlubiyyətini yaşadıblar. İspanlar isə ardıcıl üçüncü qələbələrini bayram ediblər.
Digər qruplarda İsveçrə Sloveniyanı, Finlandiya Albaniyanı, Estoniya isə Lüksemburqu məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu sabah doğma meydanda Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
3 oktyabr
A Liqası, 3-cü qrup
Xorvatiya – İngiltərə 0:7
İspaniya – Çexiya 3:1
Xallar: İspaniya – 9. İngiltərə – 6. Xorvatiya – 3. Çexiya – 0.
B Liqası, 1-ci qrup
Şimali Makedoniya – Şotlandiya 0:2
İsveçrə – Sloveniya 2:1
Xallar: İsveçrə – 9. Sloveniya – 4. Şotlandiya – 4. Şimali Makedoniya – 0.
C Liqası, 1-ci qrup
Finlandiya – Albaniya 2:1
Belarus – San Marino 4:0
Xallar: Finlandiya – 7. Albaniya – 6. Belarus – 4. San Marino – 0.
C Liqası, 4-cü qrup
Estoniya – Lüksemburq 1:0
İslandiya – Bolqarıstan 3:0
Xallar: İslandiya – 7. Estoniya – 5. Lüksemburq – 3. Bolqarıstan – 1


