Lempard: “Mançester Siti” ilə bağlı mövqeyim aydındır”

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Frenk Lempard klubun maliyyə qaydalarını pozması ilə bağlı qalmaqala münasibət bildirib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərənin “Goal” nəşri məlumat yayıb.

“Əlbəttə, hamımız mətbuatda yayılan başlıqları görmüşük. Bu, həqiqətən də çox səs-küylü və vacib xəbərdir. Xüsusilə də “Mançester Siti”nin hazırda rəsmi şəkildə apellyasiya şikayəti verməsi fonunda.

Düşünürəm ki, bu məsələdə mövqeyim aydındır. Hüquqi araşdırma və apellyasiya prosesi davam etdiyi müddətdə ümumiyyətlə nəyi şərh etmək və ya təsdiqləmək olar? Mən baş verənlərin təfərrüatlarına bələd deyiləm və bu məsələdən tamamilə kənardayam.

Vaxtilə “Mançester Siti”nin formasını geyinmişəm, amma bu, xeyli əvvəl olub və klubda cəmi bir il keçirmişəm. Bizə yalnız gözləmək, apellyasiyanın nəticəsinin necə olacağını və vəziyyətin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini görmək qalır. İşə baxılmasının konkret müddəti barədə də fikir bildirməyə tələsməzdim”, – deyə Lempard bildirib.

Qeyd edək ki, “Mançester Siti” 2009/10–2017/18 mövsümləri arasında İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunur. İddialara görə, klub həmin dövrdə gəlirlərini süni şəkildə ümumilikdə 830 milyon funt sterlinq artırıb.

Frenk Lempard karyerasının sonlarına yaxın, 2014/15 mövsümündə “Mançester Siti”də çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: