İspaniya Kubokunun oktyabrın 28-də keçirilməsi planlaşdırılan 24 oyunu ölkədə baş verən dəmir yolu qəzası səbəbindən təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Federasiyanın bəyanatında bildirilib ki, qərar faciəvi qəza nəticəsində zərər çəkənlərə hörmət və həmrəylik əlaməti olaraq qəbul edilib. Təxirə salınmış görüşlərin yeni tarixləri və başlama saatları barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, çərşənbə günü keçirilməsi nəzərdə tutulan oyunlar arasında İspaniya yüksək liqasında çıxış edən “Betis”, “Valensiya” və “Malyorka” klublarının iştirakı ilə qarşılaşmalar da var idi.
Hadisə İspaniyanın Kastiliya-La-Mança muxtar bölgəsində, Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında baş verib. İki qatarın toqquşması nəticəsində qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
Mətbuatda yayılan son məlumatlara görə, qəza nəticəsində azı 68 nəfər həlak olub, 200-ə yaxın insan xəsarət alıb.


