“Liverpul” “Çelsi”ni Liqa Kubokunda 1/4 finala buraxmadı

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Bornmut” “Aston Villa”nı 3 cavabsız qolla üstələyib. “Kristal Pelas” səfərdə “Fulhem”i, “Sanderlend” isə doğma meydanda “Brentford”u çətinliklə mübarizədən kənarlaşdırıb.

“Mançester Siti” “Brayton”la oyunda penaltilərlə mərhələ adlayıb. Ən maraqlı görüşlərdən biri “Liverpul”la “Çelsi” arasında baş tutub. Əsas vaxtı 1:1 hesabıyla bitmiş bu görüşün də qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Liverpul” 1/4 finala yüksəlib.

Liqa Kubokunda sonuncu 1/4 finalçı oktyabrın 29-da bəlli olacaq.

İngiltərə Liqa Kuboku
1/8 final mərhələsi

27 oktyabr

“Bradford Siti” – “Peterboro” 2:0
“Flitvud” – “Arsenal” — 1:1 (penaltilər seriyası: 5:3)

28 oktyabr

“Mançester Siti” – “Brayton” 2:2 (penaltilər 4:3)
“Bornmut” – “Aston Villa” 3:0
“Fulhem” – “Kristal Pelas” 0:1
“Sanderlend” – “Brentford” 3:2
“Liverpul” – “Çelsi” 1:1 (penaltilər 6:5)

29 oktyabr

23:45. “Everton” – “Nyukasl”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: