Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.
“Zirə” burada “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. Üç qolun qeydə alındığı matçda meydan sahibləri çətinliklə qalib gəliblər.
Premyer Liqa
11-ci tur
7 noyabr
“Zirə” – “Qəbələ” 2:1
Qollar: Davit Volkov, 11. Krismael Diqbeu, 89 – İsmael Akinade, 14.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabbarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 18:30.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 14. Elçin Əlicanov, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 5. Ange Mutsinzi, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mçaxçex.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 2. Amin Seydiyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 17. Vyerinya, 23. Dameyn Smit, 29. Kris Diqbeu.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 23. Rafael Utziq, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoa, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 8. Endri Çekici, 7. Bruno Silva, 5. Natan Monzanqo.
Baş məşqçi: Yeton Bekiri.


