Xankəndi şəhər stadionu iki klubun ev oyunlarını qəbul edəcək

Xankəndi şəhər stadionunda bu il həyata keçirilmiş yenidənqurma işlərindən sonra təşkil ediləcək ilk rəsmi oyunun vaxtı müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da Birinci Liqanın 2026/2027-ci illər mövsümünün 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan” matçı bu stadionda keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

Qeyd edilir ki, Birinci Liqada çıxış edən “Xankəndi” komandası bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək.

MOİK klubunun da sözügedən arenada çıxış etmək istəyi var. Lakin “hərbçilər”in b stadiondan istifadəsi qış fasiləsindən sonraya nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: