Dirk Kuyt “Fənərbağça”dan getdi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” klubu niderlandlı mütəxəssis Dirk Kuyt ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə sosial media hesablarında paylaşım edib.

Klub niderlandlı mütəxəssisə təşəkkürünü bildirib:

“Sarı-lacivərd hekayəmiz illər əvvəl başladı və aramızdakı bağ heç vaxt qopmadı. Əvvəl meydanda, sonra ehtiyat oyunçular skamyasında bizimlə idin. Çubukluya olan sevgin və bağlılığınla hamımızın qəlbində xüsusi yer qazandın.

Bu rənglərə qatdığın hər şey üçün sənə ürəkdən təşəkkür edirik. Bu gün səninlə vidalaşırıq, lakin bu böyük ailədəki yerin heç vaxt dəyişməyəcək. Çünki bəzi vidalar ayrılıq deyil, sonsuz bağlılığın ifadəsidir”.

Qeyd edək ki, futbolçu kimi “Fənərbağça” formasını geyinmiş Kuyt cari mövsümün əvvəlində İsmayıl Kartalın məşqçilər korpusuna köməkçi məşqçi kimi daxil olub.

Kartalın istefasından sonra iki oyunda komandanı məhz Dirk Kuyt çalışdırıb. Onun rəhbərliyi altında “Fənərbağça” Super Liqada “Göztəpə”yə məğlub olub, UEFA Çempionlar Liqasında isə “Liverpul”a qalib gəlib. Yeni baş məşqçi Emre Belözoğlunun gəlişindən sonra Kuytla əməkdaşlığa xitam verilməsi qərara alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: