U-19 yığmamız da startda 7 qola üzüldü

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamız Monteneqronun müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqradda təşkil edilmiş qarşılaşma rəqibin qələbəsi ilə bitib – 7:2. Millimizin heyətində 31-ci dəqiqədə Əli Əliyev penaltidən dəqiq yararlanıb, digər qolumuzu isə Məhəmməd Çodarov vurub.

Xatırladaq ki, U-19 millimiz noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə də qarşılaşacaq.

14 noyabr
Serbiya – Azərbaycan
“Mladost” İdman Kompleksi, Pançevo.
19:00 (Bakı vaxtı).

17 noyabr
Farer adaları – Azərbaycan
Vojdovaç stadionu, Belqrad
19:00 (Bakı vaxtı).

Milli komandamız Serbiyaya bu heyətlə yollanıb:

Rauf Əyyubov – Sabah
Nurəziz Əzizov – Neftçi
Məhdi Həsənov – Neftçi
Tuncay Əhmədov – Sabah
Əlibəy Mahmudov – Sabah
Rəşad Gülüşov – Sabah
Müseyib Bəşirov – Qəbələ
Emir Fətiyev – Sumqayıt
Rəvan Teymurov – Qarabağ
Məhəmməd Çodarov – Sabah
Amin Rzayev – Qarabağ
Əhməd Vəliyev – Qarabağ
Abdulaziz Cabbarlı – Qarabağ
Əli Qazıbəyov – Qarabağ
Elvin Vəliyev – Neftçi
Əhliman Süleymanzadə – Zirə
Mustafa Kamara – Sent Trüden (Belçika)
Əli Əliyev – Qarabağ
Vüsal Kərimov – Neftçi
Ümid Səlimov – Sabah
Əli İbrahim – Qarabağ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: