ÇL: “Sabah” “Barselona”ya böyük hesabla uduzdu

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/27 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Bakı klubu əsas mərhələnin 5-ci turunda İspaniya çempionu “Barselona” ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi nəinki İspaniyanın, dünyanın nəhənglərindən hesab edilən bu rəqibini Bakıda qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutmuş görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi Nikolas Uolş olub.

Xatırladaq ki, “bayquşlar” liqa mərhələsinin əvvəlki oyunlarında yalnız Çexiya təmsilçisi “Slaviya”nı (Praqa) doğma meydanda 2:0 hesabıyla məğlub etmişdi. Azərbaycan çempionu İngiltərənin “Mançester Yunayted” komandasına səfərdə 0:4, Almaniyanın “Borussiya” (Dortmund) komandasına evdə 1:2, Norveçin “Vikinq” komandasına isə səfərdə 1:4 hesabı ilə uduzmişdu. “Barselona” isə əsas mərhələnin geridə qalmış 4 turunda 3 qələbə qazanıb, 1 məğlubiyyətə üzülmuşdü.

Bu komandaların Bakıdakı görüşü Kataloniya təmsilçisinin aşkar üstünlüyü ilə keçib. Qonaqlar səfərdə böyük hesabla qələbə qazanıblar. Azərbaycan təmsilçisinin təsəlli qolunu isə Coy Lens Mikels vurub.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur

25 noyabr

Sabah – Barselona 1:4
Qollar: Coy Lens Mikels, 63 – Entoni Qordon, 31; 51. Kərim Adeyemi, 55. Qabriel Jezus, 60.
Hakimlər: Nikolas Uolş, Frensis Konor, Deniel Makfarleyn, Donald Robertson (Hamısı Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Stiven Maklin (Şotlandiya).
Bakı Olimpiya Stadionu.

Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 7. Umarali Rahmonaliyev, 8. Kristian Nvaçukvu, 9. Xəyal Əliyev, 13. İvan Lepinitsa, 27. Timoteuş Puxaç, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 37. Du Keyros, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 10. Aleksey İsayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

Barselona: 1. Joan Qarsiya, 3. Alexandro Balde, 6. Qavi, 7. Fermin Lopes, 8. Pedri, 9. Qabriel Jezus, 14. Kərim Adeyemi, 17. Entoni Qordon, 18. Jerard Martin, 21. Frenki De Yonq (k), 23. Jül Kunde.
Ehtiyat oyunçular: 13. Voyçex Şesnı, 25. Dominik Livakoviç, 2. Joao Kanselo, 4. Brayan Farinyas, 5. Pau Kubarsi, 11. Rafinya, 20. Dani Olmo, 22. Mark Bernal, 24. Erik Qarsiya, 27. Jesse Bisivu, 41. Aleks Kampos, 42. Oskar Gistau.
Baş məşqçi: Hansi Flik.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: