AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Avstriya – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Arena.az xəbər verir ki, Avstriya yığmasının kapitanı David Alaba bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu bu matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, David Alaba bu yay “Bavariya”dan ayrılaraq Madrid “Real”ı ilə müqavilə bağlayıb.


