“Səbail” klubu müdafiəçi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.
Adil Nağıyev 2019-cu ilin avqustundan “Səbail”də çıxış edir. O, geridə qalan mövsümdə bu komandanın heyətində Premyer Liqa çərçivəsində 24 oyuna çıxıb, 1 qola imza atıb.
“Səbail” daha öncə Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov və Rauf Əliyevlə də yeni müqavilə bağlamışdı. Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey, Ruslan Hacıyev, Ürfan Abbasov və Amil Yunanov isə “dənizçilər”lə yollarını ayırıb.


