Zaur Hacı-Məhərrəmov Konfrans Liqasının oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Arena.az xəbər verir ki, o, Gürcüstanın “Dila” və Slovakiyanın “Jilina” komandaları arasında Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma iyulun 15-də Gürcüstanın Qori şəhərindəki “Tengiz Burjanadze” stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: