Davide Kalabriya daha 4 il “Milan”da!

İtaliyanın “Milan” klubu müdafiəçisi Davide Kalabriya ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Davide Kalabriya “Milan”ın öz yetirməsidir. Müdafiəçi 2015-ci ilin yayından əsas komandada çıxış edir. O, indiyə qədər bu komandada 151 matça çıxıb, 5 qola imza atıb. Sağ cinah müdafiəçisi İtaliya yığmasında da 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: