Filipe Paxtman “Zirə”də qaldı

“Zirə” braziliyalı hücumçusu Filipe Paxtman ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Ukraynanın “Lvov” klubuna məxsus forvard, sonradan transfer hüququ alınmaq şərtilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.

21 yaşlı futbolçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, Filipe Paxtman peşəkar karyerasına “Lvov” klubunda başlayıb. O, bu ilin yanvarından “Zirə”də çıxış edir.

“Zirə” bu yay Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov və Anar Nəzirovu transfer edib. Sözügedən klub “Qarabağ”dan Rauf Hüseynlini, “Lvov”dan isə Velves Damatsenanı da icarəyə götürüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: