Salvatore Siriqu “Torino”dan ayrıldı

İtaliyanın “Torino” klubu qapıçısı Salvatore Siriqu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib. Təcrübəli qolkiper hazırda azad agent statusu daşıyır.

Salvatore Siriqu 2017-ci ildən “Torino”da çıxış edirdi. O, bu dörd mövsüm ərzində Turin təmsilçisində 152 matça çıxıb.

İtaliya millisində da oynamış Siriqu, peşəkar karyerasına “Palermo”da başlayıb. O, sonralar “Kremonese”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna” kimi klubların da formasını geyinib. İtalyan qolkiper millidə 27 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: