Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Lorensini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tam adı Lorensi do Nasçimento Rodriqes olan 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Lorensi 2019-cu ildən Portuqaliyanın “Jil Visente” klubunda forma geyinirdi. Braziliyanın “Şapekoense” klubunun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlayıb. O, sonralar “Vila Nova” və “Brazil de Pelotas” da forma geyinib. Karyerası ərzində bütövlükdə 144 matça çıxan futbolçu, 17 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Göztəpə” öz futbolçularından Halil Akbunarla da müqaviləni yeniləyib. Super Liqa təmsilçisi kapitanı ilə yeni – 5 illik sözləşmə imzalayıb. Türkiyə milli komandasına da dəvət alan 27 yaşlı yarımmüdafiəçinin adı “Qalatasaray”la hallanırdı.


