Növbəti mövsümə hazırlığı davam etdirən “Keşlə” və “Səbail” komandaları bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, sözügedən komandalar “ASK Arena”da üz-üzə gəliblər.
Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv bu oyundan qələbə ilə ayrılıb. “Keşlə” meydanı 3:1 hesablı qələbəylə tərk edib.


