Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Kərəm Aktürkoğlu ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı yarımmüdafiə ilə 5 illik yeni sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən 23 yaşlı futbolçu 2025/26 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
Türkiyə millisinin də formasını geyinən Kərəm Aktürkoğlu 2020-ci ildən İstanbul təmsilçisində çıxış edir. O, məhz “Qalatasaray”dakı çıxışı sayəsində dəvət aldığı millidə 8 oyuna 3 qol vurub.
Kərəm “Qalatasaray”da indiyə qədər 54 rəsmi matça çıxıb. O, bu oyunlarda 12 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.


