Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşən İstanbul təmsilçisi Türkiyə Super Liqasında da 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi bu komandanı bütövlükdə 25 matça çıxarıb. 11 qələbə qazanan komanda 7 heç-heçə edib, 7 oyunda məğlub olub.
Vitor Pereyra bu ilin 2 iyulundan “Fənərbaxça”ya rəhbərlik edirdi. 53 yaşlı mütəxəssis daha əvvəl 2015/16 mövsümündə də İstanbul nəhənginə başçılıq etmişdi.


