“Səbail”in müdafiəçisi Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçusunu bu ölkənin “Olimpiakos Volos” klubuna icarəyə verib.
Bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb. Müdafiəçi 2021/22 mövsümünün sonunadək Yunanıstan komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Turan Manafov 2019-cu ldən “Səbail”in heyətində çıxış edir. O, bu gün klubla yeni müqavilə imzalamışdı. Yeni sözləşməyə əsasən 24 yaşlı cinah müdafiəçisi 2023-cü ilin yayına qədər “Səbail”ə məxsusdur.
“Olimpiakos Volos” Yunanıstanın 2-ci Liqasında mübarizə aparır. Bu komanda 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.


