Premyer Liqa: MS-dən darmadağın, MY-dən xal itkisi

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında “Mançester Yunayted” “Sauthempton”u qəbul edib. “Qırmızı şeytanlar” doğma meydanda qələbəni əldən veriblər.

“Brentford” – “Kristal Pelas” matçında qapılara qol vurulmayıb. “Uotford” isə evdə “Brayton”a məğlub olub.

“Mançester Siti” bu turda “Norviç Siti”ni böyük hesabla məğlub edib. “Everton” da “Lids”i darmadağınla yola salıb.

“Liverpul” bu həftə “Bernli”nin qonağı olacaq.

Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı isə “zadəganlar”ın klublararası dünya çempionatındakı iştirakına görə təxirə salınıb.

İngiltərə Premyer Liqası
25-ci tur

12 fevral

Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.

Brentford – Kristal Pelas 0:0

Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.

Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.

Norviç Siti – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.

13 fevral

18:00. Bernli – Liverpul
18:00. Nyukasl – Aston Villa
18:00. Tottenhem – Vulverhempton
20:30. Lester Siti – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: