Türkiyənin “Rizəspor” komandasının baş məşqçisi Hamza Hamzaoğlu istefa verib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis ötən gecə Super Liqanın 26-cı turu çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyunundakı məğlubiyyətdən (0:2) sonra postundan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından “Rizəspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 20 oyuna çıxarıb. Bu oyunlarda 6 qələbə qazanan “Rizəspor”, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Rizə təmsilçisi bu mövsüm Super Liqada 26 oyuna topladığı 23 xalla 18-ci pillədə qərarlaşıb.


